AZ

Haluk Levent reanimasiyaya yerləşdirilib

Haluk Levent reanimasiyaya yerləşdirilibAnadolu rok musiqisinin sevilən siması və AHBAP Dərnəyinin rəhbəri Haluk Levent Eskişehirdə verdiyi konsert proqramından sonra Ankaraya gedərkən yolda qəfil halı pisləşib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, məşhur sənətçi təcili olaraq xəstəxanaya çatdırılıb.

Məlumata görə, Gazi Üniversitesi Tıp Fakültesi Hastanesində müalicə altına alınan Haluk Leventin mədə qanaxması keçirdiyi müəyyən edilib. Həkimlər tərəfindən nəzarət məqsədilə onun reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilib.

İddialara əsasən, Haluk Levent Eskişehirdəki səhnə çıxışını tamamladıqdan sonra fəlakət koordinasiya işləri çərçivəsində AFAD rəsmiləri ilə keçiriləcək toplantıya qatılmaq üçün Ankaraya yola düşüb. Lakin səfər zamanı qəfil rahatsızlanan sənətçi təcili tibbi yardıma ehtiyac duyub.

Seçilən
33
sonxeber.az

1Mənbələr