AZ

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi WUF13 “Urban Expo” sərgisində bu gün də yeni proqramlar təşkil edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin WUF13 "Urban Expo" sərgisindəki pavilyonu forum günlərində fərqli mədəniyyətlərin və inklüziv dəyərlərin qovuşduğu məkana çevrilib.

“İki sahil” xəbər verir ki, mərkəz tərəfindən bu gün də yerli və xarici ziyarətçilər üçün inklüziv mühiti və yaradıcılığı tərənnüm edən müxtəlif proqramlar təşkil olunub. Təsviri incəsənət istiqaməti üzrə master-klassda yerli və xarici qonaqlar təlimçilərin köməkliyi ilə ölkəmizin müxtəlif tarixi-memarlıq abidələrinin eskizlərini çəkiblər. Sərgi iştirakçıları həm öz bacarıqlarını göstərib, həm də Azərbaycanın zəngin mədəni irsi ilə yaxından tanışlıq fürsəti qazanıblar. Pavilyonda Mərkəzdə təlimlərə cəlb olunmuş həssas kateqoriyalara aid şəxslərin ərsəyə gətirdikləri əl işlərindən ibarət sərgi də nümayiş etdirilir. Ziyarətçilərə Mərkəz və filiallarının fəaliyyət istiqamətləri, fərdi yanaşma üsulu, həssas qrupların cəmiyyətə inteqrasiyası və sosial-psixoloji dəstək xidmətləri ilə bağlı görülən işlər barədə məlumat verilir, maarifləndirici bukletlər paylanılır.

Qeyd edək ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin pavilyonu beynəlxalq platformada inklüziv cəmiyyət modeli və yaradıcı potensialın dəstəklənməsi baxımından mühüm önəm kəsb edir.

Seçilən
32
ikisahil.az

1Mənbələr