AZ

Türkiyəli professordan sərt açıqlama: Azərbaycan səfiri haqlıdır

Türkiyədə Azərbaycan səfirinin açıqlamaları ətrafında yaranan müzakirələrə Ankara Universitetinin professoru Həsən Ünal da münasibət bildirib.

Musavat.com xəbər verir ki, professor Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədovun Türkiyə-Ermənistan sərhədinin açılması ilə bağlı dediklərini müdafiə edib və bunun səlahiyyət həddinin aşılması kimi qiymətləndirilə bilməyəcəyini deyib.

Onun sözlərinə görə, Ankara da eyni mövqeni bölüşür və Azərbaycan səfiri sadəcə ortaq siyasi xətti ifadə edib.

Professor bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər adi dövlətlərarası əlaqələrdən fərqlənir və bu səbəbdən belə açıqlamalar təbii qarşılanmalıdır.

Həsən Ünal əlavə edib ki, Şimali Kipr Türk Cümhuriyyətinin rəhbər şəxsləri də Türkiyə ilə bağlı ortaq mövqedən çıxış edərək oxşar bəyanatlar verə bilər.

Qeyd edək ki, Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov “Cumhuriyet” qəzetinə açıqlamasında Türkiyə-Ermənistan sərhədinin yalnız Ermənistanda keçiriləcək parlament seçkilərindən və Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını əks etdirən müddəaların dəyişdirilməsindən sonra açıla biləcəyini bildirmişdi.

 

Musavat.com

Seçilən
73
musavat.com

1Mənbələr