AZ

Ərdoğan Trampla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefonla danışıb. Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi açıqlama verib. Söhbət Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələləri əhatə edib. Ərdoğan bölgədəki münaqişədə atəşkəsin uzadılması qərarını müsbət qiymətləndirdiyini, mübahisəli məsələlərin ağlabatan həllinin mümkün olduğuna inandığını və konstruktiv təşəbbüslərə dəstəyin davam edəcəyini bildirib. Suriyada sabitliyin bərqərar olmasının bütün region üçün əhəmiyyətli qazanc olduğunu qeyd edən Ərdoğan, Türkiyənin Suriyaya dəstəyinin davam edəcəyini ifadə edib.

O, Livanda müharibənin qarşısının alınmalı olduğunu bildirib. Türkiyə lideri həmçinin əvvəlki gün San Dieqoda məscidə edilən dəhşətli hücumla bağlı Trampa başsağlığı verib.

Seçilən
27
metbuat.az

1Mənbələr