Mövsümün sonunda "Real"dan ayrılacağı şübhə doğurmayan Dani Karvaxal komanda yoldaşları üçün vida yeməyi təşkil edib. Amma müdafiəçi-kapitan baş məşqçi Alvaro Arbeloanı məclisə dəvət etməyi lazım bilməyib.
Kapitan çərşənbə günü oyunçuları və klubun bəzi işçilərini çağırmaql vida şam yeməyi təşkil edib. Lakin Arbeloa dəvət olunanlar siyahısında yox idi. Karvaxal, demək olar ki, bütün karyerasını “Real”da keçirib, yalnız 2012/13 mövsümündə “Bayer-04"ün sıralarında olub. Yeri gəlmişkən, yaxın günlərdə "Real"da baş məşqçi vəzifəsində Arbelonanı Joze Mourinyo əvəz edəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta