Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı olub. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Məlumata görə, prezidentlər telefon danışığında ikitərəfli münasibətləri, regional və qlobal məsələləri gündəmə gətiriblər.
R.T. Ərdoğan İranla bağlı atəşkəsin müddətinin uzadılmasını, Suriyada sabitliyin bərqərar olmasını müsbət amil kimi dəyərləndirib. Bundan əlavə, Ərdoğan San-Dieqo şəhərində məscidə edilən hücumla bağlı həmkarına başsağlığı verib.
Mətləb