Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun 41 yaşlı portuqaliyalı hücumçusu Kriştianu Ronaldo Portuqaliya millisinin dünya çempionatı üçün heyətinə daxil edilməsini şərh edib.
Bizim.Media qeyd edir ki, Ronaldo ardıcıl 6-cı mundialda çıxış edəcək.
O, daha əvvəl 2006, 2010, 2014, 2018 və 2022-ci illərin dünya çempionatlarında iştirak edib.
"Həmişəki kimi eyni ehtiras və qürur. Biz irəli gedirik, Portuqaliya!" – deyə Ronaldo özünün "Instagram" səhifəsində yazıb.
Dünya çempionatının qrup mərhələsində portuqaliyalılar Konqo DR (17 iyun), Özbəkistan (23 iyun) və Kolumbiyaya (28 iyun) qarşı oynayacaqlar.

Bizim.Media