AZ

Macarıstan baş nazirin səlahiyyət müddətini məhdudlaşdırmağa hazırlaşır

Yeni Baş nazir Peter Madyarın partiyası Konstitusiyaya dəyişiklik təşəbbüsü ilə çıxış edib...

Macarıstanda yaxın vaxtlarda baş nazirin səlahiyyət müddətinin iki dəfə, hər biri dörd il olmaqla məhdudlaşdırılması rəsmiləşdirilə bilər.

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb.

Məlumata görə, Konstitusiyaya dəyişiklik təşəbbüsü yeni Baş nazir Peter Macarın rəhbərlik etdiyi siyasi qüvvə tərəfindən irəli sürülüb. Təklif qəbul olunacağı təqdirdə, ölkədə bir şəxsin baş nazir postunda səkkiz ildən artıq qalması mümkün olmayacaq.

Agentlik qeyd edir ki, dəyişiklik əvvəlki səlahiyyət müddətlərinə də şamil edilərsə, uzun illər Macarıstana rəhbərlik etmiş Viktor Orbanın yenidən baş nazir vəzifəsinə qayıtması faktiki olaraq mümkünsüz olacaq.

Viktor Orban ümumilikdə 16 il hakimiyyətdə olub və ölkənin müasir siyasi tarixində ən uzun müddət vəzifədə qalan hökumət başçılarından biri hesab edilir.

Bloomberg-in məlumatına əsasən, təşəbbüs Macarıstanda siyasi sistemin yenilənməsi və hakimiyyətin uzunmüddətli mərkəzləşməsinin qarşısının alınması məqsədi daşıyır.

Poliqon.info

Seçilən
44
poliqon.info

1Mənbələr