AZ

Aİ: Ebola infeksiya riski Birlik üçün çox aşağıdır

Aİ: Ebola infeksiya riski Birlik üçün çox aşağıdır

Avropa İttifaqı (Aİ) Konqo Demokratik Respublikası (KDR) və Uqandada müşahidə olunan Ebola epidemiyasının Birlik vətəndaşları üçün riskinin çox aşağı olduğunu bildirib.

AFN.az xəbər verir ki, Aİ Komissiyasının sözçülərindən Eva Hrnçirova gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Aİ-nin vəziyyəti yaxından izlədiyini çatdıran Hrnçirova zərurət yarandığı təqdirdə sürətlə hərəkətə keçə biləcəklərini söyləyib.

Hrnçirova "Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinə (ECDC) görə, hazırda Aİ-də infeksiya riski çox aşağıdır, hətta bölgəyə səyahət edən şəxslər üçün belə" deyib.

Avropada adi ictimai sağlamlıq qaydalarından kənar əlavə tədbirlər görülməsini tələb edəcək hər hansı bir tapıntının olmadığını qeyd edən Hrnçirova "Ancaq bilirik ki, xəstəliklər sərhəd tanımır. Bu, Ebola üçün də keçərlidir. Bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və digər ölkələrlə koordinasiya və əməkdaşlığın son dərəcə vacib olduğunu düşünürük" ifadələrini işlədib.

ÜST-ün Baş direktoru Tedros Adhanom Qebreyesus yazılı açıqlamasında KDR və Uqandadakı Ebola epidemiyasının beynəlxalq əhəmiyyətli ictimai sağlamlıq fövqəladə vəziyyəti yaratdığını bildirmişdi.

KDR Hökumətinin sözçüsü Patrik Muyaya ölkədəki Ebola epidemiyasında yoluxma sayının 435-ə, həyatını itirənlərin sayının isə 118-ə yüksəldiyini açıqlamışdı.

Səhiyyə rəsmilərinə görə, mövcud epidemiya nadir bir Ebola variantı olan "Bundibugyo" virusundan qaynaqlanır və bu növün təsdiqlənmiş bir müalicəsi və ya peyvəndi yoxdur.

Seçilən
53
afn.az

1Mənbələr