AZ

Ac qalmağın inanılmaz faydaları

Müasir tibb artıq davamlı olaraq nəsə yeməyin - qəlyanaltılar və tez-tez qidalanmanın bədəni qocaltdığını və yorduğunu qəbul edir.Metbuat.az xəbər verir ki, hüceyrə bioloqlarının son araşdırmalarına görə, bədənə 14-16 saatlıq aclıq pəncərəsi verdikdə - məsələn, axşam saat 19:00-dan sonrakı gün saat 11:00-a qədər heç nə yemədikdə orqanizmdə maraqlı genetik proseslər işə düşür. “Sirtuin” - gənclik genləri aktivləşirBədən uzun müddət kənardan kalori almadıqda, sağ qalmaq instinkti ilə “sirtuin” adlı xüsusi zülalları aktivləşdirir. Bu zülallar DNT-də yaranan zədələri təmir edir, hüceyrələrin yaşlanma sürətini zəiflədir və xroniki xəstəliklərin yaranma riskini azaldır.“Zombi hüceyrələr” parçalanırBədənimizdə zamanla funksiyasını itirmiş, lakin tam məhv olmayan hüceyrələr toplanır. Bu hüceyrələr ətrafdakı sağlam hüceyrələrə də mənfi təsir göstərir və iltihab yaradır. Uzunmüddətli aclıq zamanı orqanizm enerji əldə etmək üçün ilk növbədə bu lazımsız və zədəli hüceyrələri parçalamağa başlayır.Beyində BDNF zülalı artır

Aclıq zamanı qaraciyər piyləri parçalayaraq ketonlar istehsal edir. Ketonlar beyin üçün güclü enerji mənbəyi hesab olunur. Bu proses beyində BDNF - Beyin Mənşəli Neyrotrofik Faktor adlı maddənin artmasına səbəb olur. Həmin maddə yeni neyron əlaqələrinin yaranmasına kömək edir, yaddaşı və öyrənmə qabiliyyətini gücləndirir.

Seçilən
84
metbuat.az

1Mənbələr