ABŞ Hərbi Dəniz Qüvvələrinin “Nimitz” aviadaşıyıcı zərbə qrupu Karib dənizinə daxil olub.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığının "X" səhifəsində məlumat paylaşılıb.
Qrupa Nimitz təyyarədaşıyan gəmi, “Gridley” esminesi və köməkçi gəmi “Patuxent” daxildir.
“Karib dənizinə xoş gəlmisən, “Nimitz” aviadaşıyıcı zərbə qrupu!” - paylaşımda deyilib.
Bundan əvvəl Kuba hökuməti ABŞ-ın Raul Kastro ilə bağlı ittihamlarını “alçaq və biabırçı siyasi təxribat” adlandırmışdı.