AZ

Si Cinpin Şimali Koreyaya səfər edə bilər

BAKI, 21 may. TELEQRAF

Si Cinpinin yaxın vaxtlarda Şimali Koreyaya səfər edə biləcəyi bildirilir.

Teleqraf xəbər verir ki, bu barədə "Yonhap" nəşri Cənubi Koreya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Mənbələrdən birinin sözlərinə görə, Seul ÇXR sədri Si Cinpinin yaxın vaxtlarda Şimali Koreyaya səfər edəcəyini göstərən kəşfiyyat məlumatları əldə edib. Digər rəsmi isə bildirib ki, səfər mayın sonu baş tuta bilər.

Qeyd olunub ki, apreldə Van İ Şimali Koreyaya səfər edib.

Seçilən
92
teleqraf.com

1Mənbələr