AZ

Afrikanın üç ölkəsi Bakıdakı dünya çempionatı üçün ilkin iştirak ərizəsi göndərdi

Bu il Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı üçün ilkin iştirak ərizəsi göndərən ilk ölkələr müəyyənləşib.

Sportinfo.az-ın Beynəlxalq Cüdo Federasiyasına istinadən məlumatına görə, bunlar Anqola, Qvineya və Toqo yığmalarıdır.

Afrika ölkələri ilkin iştirak ərizəsinə müvafiq olaraq 3, 5 və 2 idmançının adını daxil ediblər.

Dünya çempionatı oktyabrın 4-11-i aralığında Milli Gimnastika Arenasında baş tutacaq.

Seçilən
98
sportinfo.az

1Mənbələr