AZ

Paşinyan rəqiblərini “xarici ölkə casusları” adlandırdı:“ÜÇBAŞLI MÜHARİBƏ KOALİSİYASI”

“Samvel Karapetyan və Qaqik Tsarukyan xarici ölkənin casuslarıdır”.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının Loridəki seçki kampaniyası zamanı deyib.

 

Baş nazir rusiyalı oliqarx Samvel Karapetyanın xarici xüsusi xidmət orqanının (Rusiya Federal Təhlükəsizlik Xidmətini (FSB) nəzərdə tutur – red.) əməkdaşı olduğu fikrini növbəti dəfə təkrarlayıb.

 

Paşinyan “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyan haqda da eyni sözləri söyləyib: “Dünən dərc olunan məlumatlardan öyrəndik ki, onlar mahiyyət etibarilə eynidir: əgər kaluqalı oliqarx B tipli casusdursa, Tsarukyanın da J tipfli casus olduğunu öyrəndik”.

 

Hökumət başçısı əlavə edib ki, son günlər Ermənistanın siyasi həyatı casus filmlərinə bənzəyir: “Son günlərdə Ermənistanda siyasi həyat casus filmini xatırladır. Məlum olur ki, kaluqalı oliqarx xarici xüsusi xidmət orqanının əməkdaşı imiş. Mən “ilin sonuna qədər evsiz qalacaq bir adam var” dedikdə, çoxları bunu şişirtmə hesab edirdi”.

 

Paşinyanın sözlərinə görə, Ermənistan bu sözünün doğruluğunu görəcək: “Proses sürətlənir və indi beynəlxalq media sübutları dərc edib. Bu insanlar bunu inkar belə etmirlər.

 

Baş nazir Qaqik Tsarukyan və Samvel Karapetyanla birgə hərəkət edən keçmiş prezident Robert Köçəryanın da casus olduğunu bildirərək, onlar arasındakı birliyi “üçbaşlı müharibə koalisiyası” adlandırıb.

 

Nikol Paşinyan Qaqik Sarukyana məxsus “Ararat” sement zavodunun da tezliklə milliləşdiriləcəyini açıqlayıb: “2021-ci ildə sizə “Zəngəzur” mis-molibden kombinatı ilə bağlı proseslərin olacağına söz verdiyim kimi, indi də birbaşa deyirəm: tezliklə Tsarukyanın biznesinin onurğasını təşkil edən “Ararat” sement zavodu dövlət mülkiyyətinə keçəcək və Ermənistan Respublikasına məxsus olacaq. Çünki bu mafiyanın hiylələri ifşa olunub. Ermənistan hökuməti artıq Baş Prokurorluqdan bu əmlakın milliləşdiriləcəyi barədə məktub alıb, ən qısa vaxtda vaxtilə Karapetyana məxsus olan “Ermənistan Elektrik Şəbəkələri”nə nümayəndə təyin etdiyimiz kimi, “Ararat” sement zavoduna da təyin edəcəyik”.

Seçilən
98
senzor.az

1Mənbələr