AZ

“Mercedes”dən Antonelliyə qadağa

“Mercedes” komandasının direktor müavini Bredli Lord bildirib ki, komanda pilotu Andrea Kimi Antonellinin bu il “Nordşleyfe” sürücülük vəsiqəsi almasına icazə verməyəcək.

Publika.az xəbər verir ki, Bredli “Motorsport”a verdiyi açıqlamada deyib:

“Xeyr, “Mercedes” bu il Antonellinin DMSB təsdiqini almasına icazə verməyəcək. Mən onunla bu barədə danışdım. Düşünürəm ki, o, bunu daha çox zarafat kimi deyib. Bəlkə də dörd çempionluq titulundan sonra bunu sınayacaq”.

Lord həmçinin qeyd edib ki, Nürburqrinqin 24 saatlıq yarışında debüt edən Maks Verstappen 19 yaşlı italyan idmançı ilə müqayisədə təcrübəsi sayəsində bir az daha çox məsafə qət edə bilər.

Seçilən
132
publika.az

1Mənbələr