AZ

Avropa İttifaqının Rusiya xammalından imtinası 1 trilyon dollara başa gəlib

BAKI, 21 may. TELEQRAF

Rusiya Xarici İşlər Nazirliyinin iqtisadi əməkdaşlıq departamentinin direktoru Dmitri Biriçevski bildirib ki, Avropa İttifaqının Rusiya enerji daşıyıcıları və xammalından imtinası birlik ölkələrinə 1 trilyon dollara qədər zərər vurub.

Teleqraf xəbər verir ki, diplomat bu barədə "RIA Novosti"nə açıqlamasında danışıb.

Onun sözlərinə görə, zərər enerji qiymətlərinin artması və digər mənbələrdən daha baha xammal alınması ilə bağlıdır.

Biriçevski qeyd edib ki, bu məbləğə həmçinin “Şimal axını” qaz kəmərlərinə qarşı terror aktının nəticələri və Avropa İttifaqının Rusiya karbohidrogenlərindən imtina qərarının təsirləri daxildir.

“Mən 1 trilyon dollara qədər rəqəm görmüşəm”, – deyə diplomat bildirib.

Bundan əvvəl Kirill Dmitriyev Avropa İttifaqındakı böhranı Rusiya enerji resurslarından imtina ilə əlaqələndirmişdi.

Onun fikrincə, dünya tarixdə ən böyük enerji böhranına yaxınlaşır.

Seçilən
91
teleqraf.com

1Mənbələr