"Sumqayıt"da ilk ayrılıq baş tutub.
Ronaldo Vaskez mövsümün sonunu gözləmədən vətəninə qayıdıb.
Orta sahə oyunçusu bu səbəbdən Premyer Liqanın 33-cü turunda "Qarabağ"la görüşdə heyətdə yer almayacaq.
Əslində klub dominikanlının qalması üçün cəhdlər edib. Amma danışıqlar bir fayda verməyib.
Bu ayın sonu müqaviləsi başan çatan 26 yaşlı yarımmüdafiəçi yeni anlaşma barədə düşünmədiyini açıq bildirib.
Vaskes ötən yay səs-küylü şəkildə "Kimyaçılar"a qoşulmuşdu. Dünya ulduzu ilə adaş olması onun keçidinə marağı bir xeyli artırmışdı.
"23 nömrə" bu mövsüm meydana çıxdığı 29 oyunda 7 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ