"Liverpul"un ulduz yarımmüdafiəçisi Məhəmməd Salah karyerasını İtaliyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, "Yuventus" misirli futbolçunu transfer etməyə yaxındır.
İnformasiyanı "Tuttosport" yayıb. Mənbənin məlumatına görə, Turin klubu artıq 33 yaşlı misirlinin nümayəndələri ilə əlaqə saxlayıb və müsbət irəliləyişə nail olub. "Yuventus"un baş məşqçisi Luçano Spallettinin təcrübəli oyunçunu gələn mövsüm komandasında görməkdə şəxsən maraqlı olduğu deyilir.
Xatırladaq ki, Salah artıq mövsümün sonunda "Liverpul"la ayrılmaq üçün razılığa gəlib. Beləliklə, o, yeni klubuna transfer haqqı ödəmədən transfer olacaq.
Daha əvvəl bildirilirdi ki, misirlinin karyerasını davam etdirmək üçün variantlardan biri MLS təmsiıçisi "San Dieqo"dur. Bundan əlavə, hücumçu ilə Səudiyyə Ərəbistanı və digər Avropa çempionatlarından da klublar maraqlanır.
Salah 2017-ci ildən bəri "Liverpul"da oynayır və Mersisayd klubu ilə Çempionlar Liqasını, 2 Premyer Liqa titulunu və bir çox digər kubokları qazanaraq klubun müasir dövrünün ən böyük əfsanələrindən birinə çevrilib.