AZ

Pakistan danışıqlar üçün İrana onu GÖNDƏRİR

Pakistanın Ordu Qərargah rəisi Asim Munir İran hökumət rəsmilərinə münaqişəsinin həlli çərçivəsində danışıqlarla bağlı mesaj çatdırmaq üçün Tehrana gələcək.

Musavat.com xəbər verir ki, məlumatı İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Fida Hüseyn Maliki "Əl-Mayadin" televiziyasına açıqlayıb:

"Pakistan Ordusunun Baş Qərargah rəisi Asim Munir İran rəsmilərinə xüsusi mesaj çatdırmaq üçün Tehrana gəlir”.

Mesajın təfərrüatları açıqlanmayıb.

"Tasnim" xəbər agentliyinin məsələ ilə tanış olan mənbəyə istinadən verdiyi məlumata görə isə, ABŞ İranın əvvəlki təkliflərinə cavabını Pakistan vasitəsilə çatdırıb.

Mənbənin məlumatına görə, İran üç gün əvvəl 14 bəndlik mətnini təqdim etdikdən sonra amerikalılar İrana Pakistan vasitəçisi vasitəsilə cavab veriblər.

Mənbə qeyd edib ki, Tehran mətni nəzərdən keçirir, lakin cavab hələ hazır deyil.

O, Tehrandakı Pakistan vasitəçisinin ABŞ və İran mətnlərini bir-birinə yaxınlaşdırmağa çalışdığını, lakin hələlik heç bir nəticənin əldə olunmadığını vurğulayıb.

Musavat.com

Seçilən
14
musavat.com

1Mənbələr