AZ

Tramp Ərdoğanla “yaxşı söhbət”dən danışdı

ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla söhbəti haqda danışıb.

Publika.az xəbər verir ki, Tramp Ərdoğanla "çox yaxşı söhbət" etdiyini və onunla yaxşı münasibətlər qurduğunu bildirib.

Daha əvvəl Ərdoğanın ofisi söhbətdən sonra iki liderin iyul ayında Ankarada keçirilməsi planlaşdırılan NATO sammitinə hazırlıqları müzakirə etdiyini bildirmişdi.

Danışıqlar zamanı Türkiyə prezidenti ABŞ-İran atəşkəsinin uzadılması qərarını da müsbət hal kimi qiymətləndirib.

Türkiyə hakimiyyəti əvvəllər NATO-ya Alyansın şərq cinahındakı ölkələrə resursların çatdırılması və Hörmüz boğazındakı vəziyyətdən asılılığın azaldılması üçün hərbi neft kəmərinin çəkilməsini təklif etmişdi.

Seçilən
24
publika.az

1Mənbələr