AZ

Amerikalı mütəxəssis: Əsas problemlərdən biri gənclər üçün əlçatan mənzillərin çatışmazlığıdır

"Hazırda dünyada əsas problemlərdən biri gənclərin müstəqil yaşaması üçün əlçatan mənzillərin çatışmazlığıdır".

APA xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Qərbi Balkanlarda Gənclərin Mənzil Yolları: Sosial Dayanıqlı Şəhərlər üçün Baxışlar” adlı sessiyada ABŞ-ın Georgia Universitetinin coğrafiya və ətraf mühit dizaynı üzrə mütəxəssisi Zaklina Qrqic deyib.

O bildirib ki, bu problem təkcə Avropada deyil, dünyanın bir çox yerində ciddi mənzil problemlərindən biri hesab olunur:

“Problemin əsas səbəblərindən biri gənclərin müstəqil yaşaması üçün əlçatan mənzillərin çatışmazlığıdır və bu məsələ iqtisadi imkanlarla sıx bağlıdır. Gənclərin uzun müddət ailə evində qalmasının əsas səbəbi də məhz budur. Bu məsələ yalnız indiki dövrü deyil, həm də uzunmüddətli gələcəyi əhatə edir".

O qeyd edib ki, dayanıqlı şəhərlər və icmalar yanaşmasının əsas məqsədi də məhz bu məsələlərin həllinə yönəlib:

“Biz 18–30 yaş aralığında olan gənclərin mənzil axtarışı prosesini, qarşılaşdıqları maneələri və digər problemləri araşdıracağıq. Daha sonra isə bu nəticələri gələcəkdə daha sosial dayanıqlı şəhərlərin qurulması üçün siyasətçilərin ata biləcəyi addımlarla əlaqələndirəcəyik. Bu zaman əsas diqqət 18–30 yaşda olan gənclərə yönələcək”, - deyə Zaklina Qrqic bildirib.

Seçilən
5
apa.az

1Mənbələr