AZ

Emin Hüseynov: İşğaldan azad olunmuş ərazilərdə “ağıllı” yaşayış məntəqələrinin qurulması prioritetdir

BAKI, 21 may. TELEQRAF

Azərbaycan işğaldan azad olunmuş ərazilərdə dayanıqlı və “ağıllı” yaşayış məntəqələrinin qurulmasını prioritet istiqamət kimi müəyyənləşdirib.

Teleqraf xəbər verir ki, bunu Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində deyib.

O bildirib ki, uzun illər məcburi köçkün həyatı yaşayan insanların doğma torpaqlarına qayıdışı üçün genişmiqyaslı bərpa və yenidənqurma proqramı həyata keçirilir:

“Ağdam, Füzuli və Xocavənd rayonlarında şəhər və kəndlər dayanıqlılıq, inklüzivlik və müasir urbanizasiya prinsipləri əsasında yenidən qurulur”.

Onun sözlərinə görə, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları çərçivəsində bərpa olunan enerji, rəqəmsal idarəetmə, yüksək sürətli internet və ekoloji yanaşmalar tətbiq edilir.

Xüsusi nümayəndə əlavə edib ki, günəş enerjisi əsaslı hibrid enerji sistemləri və iki istiqamətli elektrik sayğacları ölkədə ilk dəfə olaraq bu ərazilərdə istifadəyə verilir.

Seçilən
25
5
teleqraf.com

10Mənbələr