AZ

Tramp: Ərdoğanla söhbətim çox yaxşı keçib...

ABŞ prezidenti türk həmkarı ilə münasibətlərini müsbət qiymətləndirib...

Poliqon xəbər verir ki, ABŞ-nin prezidenti Donald Tramp Türkiyənin lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığının "çox yaxşı" keçdiyini bəyan edib.

"Prezidentlə çox yaxşı söhbətim oldu, bizim aramızda çox gözəl münasibətlər var", deyə Tramp jurnalistlərə müraciətində bildirib.

Həmin gün Axios portalının jurnalisti Barak Ravid isə mənbələrə istinadən Trampın İsrailin Baş naziri Benyamin Netanyaху ilə "uzun və mürəkkəb" telefon danışığı apardığını açıqlayıb.

Mənbələrin məlumatına görə, tərəflər gələcək addımlar barədə razılığa gələ bilməyiblər.

Qeyd edək ki, Tramp-Ərdoğan danışıqları ilə müqayisədə ABŞ-İsrail münasibətlərindəki gərginlik diqqəti cəlb edir. Müzakirələrin hansı mövzuları əhatə etdiyi hələlik açıqlanmayıb.

Poliqon.info

Seçilən
21
poliqon.info

1Mənbələr