AZ

BMT rəsmisi: Banklar və digər tərəfdaşlarla bələdiyyə maliyyəsinin gücləndirilməsi üzərində işləyirik

BAKI, 21 may. TELEQRAF

“Mobillik və nəqliyyat sistemləri, ictimai məkanlar, icma mərkəzləri, qadınlar, gənclər, uşaqlar və yaşlılar üçün təhlükəsiz və əlçatan yerlər yaradılmalıdır. Bütün bunları yerli hökumət daha yaxşı təmin edə bilər, çünki onlar icmalara daha yaxındırlar və yerli resursları da səfərbər edə bilirlər".

Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax WUF13 çərçivəsində keçirilən “Mənzil Maliyyələşdirməsi üçün Yeni Saziş” adlı tədbirdə çıxışında deyib.

O qeyd edib ki, bu istiqamətdə BMT-Habitat, BMT sistemi, banklar və digər tərəfdaşlarla birlikdə bələdiyyə maliyyəsinin gücləndirilməsi üzərində işləyirik. Bələdiyyələrin gəlirlərini artırmaq, torpaq əsaslı maliyyələşdirmə mexanizmlərini inkişaf etdirmək, ilk növbədə əmlak vergisi kimi alətlərdən istifadə etmək vacibdir. Çünki mənzil və infrastruktur üçün ayrılan böyük maliyyə ilə yanaşı, yerli hökumətlərin də bu prosesdə iştirak etməsi üçün resursları olmalıdır.

"Strateji planımızın əsas qatları da bunlardır: yerli səviyyədə torpaq və maliyyəni əlaqələndirən planlaşdırma, çoxsəviyyəli idarəetmə, bütün ekosistem üçün resursların səfərbər olunması, inkişaf maliyyəsi sahəsində fəaliyyətin genişləndirilməsi. Bu istiqamətdə banklarla işləyirik və dünən beynəlxalq maliyyə institutlarının dəyirmi masasında da çox məhsuldar müzakirə apardıq.

Lakin əsas məsələ odur ki, ölkələrlə birlikdə uzunmüddətli dayanıqlı mənzil maliyyələşdirmə sistemləri qurulmalı və ya mövcud sistemlər yenidən nəzərdən keçirilməlidir. Çünki söhbət mərkəzi hökumətlə yerli hökumətlərin əlaqələndirilmiş fəaliyyətindən gedir. Axı biz sadəcə evlər deyil, yaşayış mühiti qururuq. Bunun üçün də insanlar, gənclər, uşaqlar və ailələr üçün mobillik və xidmətlər təmin edən sistemlərə ehtiyac var”.

Seçilən
8
teleqraf.com

1Mənbələr