Almaniya kansleri Fridrix Merts Kiyevin Avropa İttifaqına tam üzvlük prosesində “assosiativ üzv” kimi iştirakını irəli sürüb...
Poliqon xəbər verir ki, Almaniya kansleri Fridrix Merts Ukraynaya Avropa İttifaqında səsvermə hüququ olmadan “assosiativ üzv” statusunun verilməsini təklif edib.
Məlumata görə, bu təşəbbüs Ukraynanın Avropa İttifaqına tamhüquqlu üzvlük prosesini keçdiyi dövr üçün nəzərdə tutulur.
Təklifə əsasən, Kiyev Aİ institutlarının fəaliyyətində müəyyən səviyyədə iştirak edə biləcək, lakin qərarların qəbulunda səsvermə hüququna malik olmayacaq.
Fridrix Merts hesab edir ki, belə model Ukraynanın Avropa strukturlarına daha sürətli inteqrasiyasına imkan verə və tam üzvlük prosesinə keçid mərhələsini asanlaşdıra bilər.
Ekspertlərin fikrincə, təşəbbüs həm Ukraynaya siyasi dəstək nümayiş etdirmək, həm də Avropa İttifaqının genişlənmə prosesində mövcud narahatlıqları qismən azaltmaq məqsədi daşıyır.
Poliqon.info