AZ

Qızılın son qiyməti

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ və İran arasında mümkün sülh razılaşmasına dair artan nikbinlik, həmçinin ABŞ Federal Ehtiyat Sisteminin (FED) pul siyasətini daha da sərtləşdirə biləcəyinə dair siqnallar qızıl qiymətlərinin yenidən ucuzlaşmasına səbəb olub.

Banco.az xəbər verir ki, dünən bərpa olunan qızıl bu səhər yenidən enişə keçib. Spot qızılın qiyməti 0,4 faiz azalaraq unsiya üzrə 4525,42 dollara düşüb. Qram qızıl isə 0,35 faiz ucuzlaşaraq 6637,48 dollar səviyyəsində ticarət olunur.

nalitiklər bildirirlər ki, spot qızıl 4574 dollar müqavimət səviyyəsini aşa bilmədiyi üçün qiymətlər 4473–4498 dollar aralığına geri çəkilə bilər. Bununla yanaşı, 4574 dollar səviyyəsinin yuxarı istiqamətdə qırılması halında qızılın 4613–4651 dollar aralığına yüksəlməsi mümkündür.

“OANDA” şirkətinin baş bazar analitiki Kelvin Vonq bildirib ki, ABŞ prezidenti Donald Trampın açıqlamalarından sonra bazarlarda risk iştahası artıb. Bununla belə, o qeyd edib ki, ABŞ-ın 10 illik xəzinə istiqrazlarının gəlirliliyində martın əvvəlindən davam edən yüksəliş trendi qızılın bahalaşmasını məhdudlaşdırır.

ABŞ-ın 10 illik istiqraz gəlirliliyi 0,3 faiz artaraq faiz gətirməyən qızılın saxlanma xərcini artırıb. Bazar iştirakçıları həmçinin FED-in bu il əlavə faiz artımına gedə biləcəyini qiymətləndirirlər.

FED-in aprel iclasının protokollarında inflyasiyanın 2 faizlik hədəfdən yüksək qalacağı təqdirdə əlavə sərtləşdirmə tədbirlərinin zəruri ola biləcəyi vurğulanıb.

Digər qiymətli metallarda da eniş qeydə alınıb. Spot gümüş 1,2 faiz azalaraq 74,98 dollara, platin 1,1 faiz ucuzlaşaraq 1933,76 dollara, palladium isə 1 faiz enərək 1362,69 dollara düşüb.

Seçilən
17
banco.az

1Mənbələr