AZ

Samuxda yas mərasimində zəhərlənənlərin SON DURUMU

Dünən Samux rayonunda yas mərasimində zəhərlənənlərin sağlamlıq durumu açıqlanıb.

Gəncə Birləşmiş Xəstəxanasından Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, 20.05.2026-cı il tarixində saat 17:00 radələrində 21 nəfər (13 qadın, 8 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub:

“Zəhərlənmə diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 19 nəfər ambulator müalicə üçün evə buraxılıb. 2 nəfərin müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabildir”.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Seçilən
23
5
bizim.media

10Mənbələr