Bu gün futzal üzrə Azərbaycan kubokunda final oyunu keçiriləcək.
QOL.az xəbər verir ki, həlledici matçda son çempion "Araz-Naxçıvan" gümüş medalçı "Neftçi" İK ilə gücünü sınayacaq.
Görüş saat 16:00-da start götürəcək.
21 may
16:00. "Araz-Naxçıvan" – "Neftçi"
Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Hidayət Feyzullayev
Bakı İdman Sarayı