AZ

İlyas Demirci: İqlim dəyişikliyi nəticəsində təmiz su qaynaqları təhülkə altında qalır

BAKI, 21 may. TELEQRAF

İqlim dəyişikliyi nəticəsində təmiz su qaynaqları təhülkə altında qalır, hazırda dünyanın əsas çağırışlarından biri də budur.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Dünyası Memarlar və Mühəndislər Birliyinin Baş Katibi İlyas Demirci Bakıda keçirilən WUF13 çərçivəsində təşkil edilən vDavamlılıq Standartı: Davamlı Təcrübələr Standartı (SPS)" tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, təmiz su qaynaqlarının qorunması üçün uzunmüddətli siyasət tətbiq edilməlidir.

"Bu hər birimizin ortaq məsələsidir. Çünki təmiz su qaynaqları hər birimizin gələcəyi üçün əhəmiyyət daşıyır. Meşələr ən qiymətli təbii varlıqlardan biridir. Buna görə təmiz su qaynaqları onlar üçün də vacibdir. Dünyada artan meşə yanğınları da meşələri təhlükə altına salır. Yenilənəbilən enerji qaynaqlarının artırılması, suyun düzgün idarə edilməsi çox vacib məsələlərdəndir", - o vurğulayıb.

Seçilən
25
teleqraf.com

1Mənbələr