AZ

Çexiya İsrailə qarşı kəskin addımlar atdı: Səfirliyi köçürür

Çexiya xarici işlər naziri Petr Macinka səlahiyyət müddətinin sonuna qədər Çexiya səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsini başa çatdırmaq niyyətində olduğunu açıqladı.

Vətəninfo.az xəbər verir ki, o, bu açıqlamanı Praqada İsrail xarici işlər naziri Gideon Saarla görüşdən sonra verib.

Bundan əlavə, o, Çexiyanın İsrailə qarşı yeni Avropa Birliyi sanksiyalarının tətbiqinə qarşı olduğunu və bu cür təşəbbüsləri təkbaşına belə bloklamağa hazır olduğunu vurğuladı.

Macinka bildirib ki, “Avropa Birliyində İsrailə qarşı sanksiyalara təkbaşına mane olmalı olsaq belə, artıq icazə verməyəcəyik”.

O, həmçinin qeyd edib ki, Praqa Aİ ilə İsrail arasında assosiasiya müqaviləsinin dayandırılması və ya yenidən baxılması cəhdlərinə, o cümlədən qismən məhdudiyyətlərə qarşı çıxacaq.

Seçilən
13
veteninfo.az

1Mənbələr