AZ

Almaniya Kansleri Ukraynaya Aİ-də assosiativ üzv statusu verilməsini təklif etdi

BAKI, 21 may. TELEQRAF

Almaniya Kansleri Fridrix Merts Ukraynaya Avropa İttifaqının (Aİ) xüsusi assosiativ üzvü statusunun verilməsini təklif edib. Bu, Kiyevə səsvermə hüququ olmadan ittifaqın idarəetmə qurumlarında iştiraka imkan verəcək.

Teleqraf xəbər verir ki, bu barədə DPA kanslerin Aİ rəhbərliyinə ünvanladığı məktuba istinadla məlumat yayıb.

Merts bu addımın atılmasının zəruriliyini Ukraynadakı müharibənin yaratdığı xüsusi vəziyyət, eləcə də Kiyevin inteqrasiya danışıqlarında əhəmiyyətli irəliləyişə nail olması ilə əsaslandırıb. Kanslerin sözlərinə görə, xüsusi status Ukrayna vətəndaşları üçün güclü siyasi siqnal olacaq və ABŞ-nin vasitəçiliyi ilə sülh danışıqlarını və Aİ üzvlərinin Ukrayna ilə əlaqədar müdafiə öhdəliklərinin həyata keçirilməsini asanlaşdıracaq.

Almaniya Kansleri Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen, Avropa Şurasının prezidenti Antonio Koşta və Aİ Şurasına sədrlik edən Kipr Prezidenti Nikos Xristodulidesə göndərdiyi məktubda qeyd edib:

“Bu, Aİ-yə üzvlüyün yüngül versiyası deyil, əksinə mövcud assosiasiya müqaviləsindən kənara çıxaraq, üzvlük prosesini sürətləndirəcək”.

Mertsin sözlərinə görə, əgər Ukraynaya belə bir status verilsəydi, Kiyev səsvermə hüququ olmadan bütün əsas Aİ orqanlarında - Avropa Komissiyasında, Avropa Şurasında, Aİ Şurasında, Avropa Parlamentində və Aİ Ədalət Məhkəməsində iştirak edə biləcək. Kansler vurğulayıb ki, bu cür status Ukraynanın Aİ-yə tam üzvlük prosesinin yerini tutmayacaq, əksinə, onun irəliləməsinə kömək edəcək. “Bundan əlavə, Aİ-yə üzvlük prosesindən fərqli olaraq, ölkəyə assosiativ üzv statusunun verilməsi üzv dövlətlərin parlamentlərinin təsdiqini tələb etmir”, - Merts bildirib.

Seçilən
38
teleqraf.com

1Mənbələr