AZ

Sanjay Şukla: Hindistanda 29,5 milyon mənzil tikilib istifadəyə verildi

Hindistan çox müxtəlif ölkədir və ərqli yaşayış məskənləri və yanaşmalar mövcuddur. 2014–2019-cu illər arasında Hindistanda 29,5 milyon mənzil tikilib istifadəyə verildi.

Teleqraf xəbər verir ki, bu barədə Hindistanın Milli Mənzil Bankının İdarəedici Direktoru Sanjay Şukla WUF13 çərçivəsində keçirilən “Mənzil Maliyyələşdirməsi üçün Yeni Razılaşma” adlı tədbirdə çıxışında deyib.

O qeyd edib ki, eyni hökumətin ikinci dövründə isə yenidən 30 milyon mənzilin inşası planlaşdırılır:

“Yəni növbəti beş ildə də bu həcmdə mənzil təmin ediləcək. Bu 30 milyon mənzilin 20 milyonu şəhər ərazilərində, 10 milyonu isə kənd yerlərində olacaq. Bu proqram başlayanda, siz dediyiniz kimi, kimsə gəlib bizə 1 milyard dollarlıq çek verməmişdi. Amma hökumət çox innovativ bir həll yolu tapdı. Dünyanın bir çox ölkəsində olduğu kimi, Hindistanda da bankların prioritet sektorlar üzrə kredit vermək öhdəliyi var. Bankların bu sahədə yaranan çatışmazlıq vəsaitləri toplanaraq bizə təxminən 7 faizlə təqdim olunurdu, ipoteka kreditləri isə 8–9 faiz civarında idi. Bu mexanizm sayəsində 4 faizlik baza ilə vəsaiti 5–7 dəfə artırmaq mümkün oldu və ilkin kredit verən qurumlar maliyyələşdirildi.

Hindistanda banklarla yanaşı, ipoteka kreditləri üzrə fəaliyyət göstərən 94 ipoteka şirkəti var ki, onlar əsasən şəhər əhalisi, şəhər yoxsulları və iqtisadi cəhətdən zəif təbəqələr üçün mənzil maliyyələşdirilməsi ilə məşğuldur. Son dövrlərdə 34 yeni şirkət də məhz şəhər yoxsullarına xidmət göstərmək üçün yaradılıb. Təxminən 7 milyon şəhər yoxsulu hesabı mövcuddur və gecikmiş ödənişlərin səviyyəsi 1 faizdən də aşağıdır. Bu isə olduqca mühüm göstəricidir.

Beləliklə, güzəştli şərtlərlə əldə olunan vəsait daxili resurslarla birləşdirilərək daha böyük maliyyə imkanına çevrilib”.

Seçilən
26
teleqraf.com

1Mənbələr