AZ

Atom qəzasından sonra radioaktiv donuzlar ərazini ƏLƏ KEÇİRİB

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, ədqiqatçılar bu heyvanların 2011-ci ildəki nüvə fəlakətindən sonra ev donuzları ilə vəhşi qabanların çarpazlaşması nəticəsində meydana gəldiyini bildirirlər. Fukuşima AES-də qəza Yaponiyanın şimal-şərqində baş verən 9 bal gücündə zəlzələ və sunamidən sonra baş vermişdi. Fəlakətdən sonra boşaldılmış fermalardan qaçan ev donuzları təcrid zonasında yaşayan vəhşi qabanlarla cütləşib. Araşdırmalar göstərib ki, hibrid heyvanlar ev donuzlarından ilboyu sürətli çoxalma xüsusiyyətini miras alıblar. Bu isə onların adi vəhşi qabanlarla müqayisədə daha sürətlə artmasına səbəb olur. Mütəxəssislərin sözlərinə görə, bu “super donuz” populyasiyaları kənd təsərrüfatına ziyan vurur, ekosistemləri pozur və yerli heyvan növlərini sıxışdırır.

Alimlər vurğulayıblar ki, heyvanlarda müşahidə olunan dəyişikliklər radiasiya nəticəsində yaranmış mutasiya deyil. Onların fikrincə, sürətli çoxalma genetik çarpazlaşma və irsi xüsusiyyətlərlə bağlıdır, nüvə fəlakəti isə yalnız bu proses üçün əlverişli şərait yaradıb.

Seçilən
11
Ajans.az

1Mənbələr