Bakırköy Cümhuriyyət Baş Prokurorluğu tərəfindən idarə olunan narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi ilə bağlı aparılan istintaq çərçivəsində Türkiyənin şou-biznes və maqazin dünyasını sarsıdan böyük bir əməliyyat keçirilib.
Bizim.Media xəbər verir ki, İstanbul İl Jandarma Komandanlığı qrupları tərəfindən İstanbul (Beşiktaş, Sarıyer, Beyoğlu, Kağıthane, Üsküdar) və Muğla şəhərlərində yerləşən 25 fərqli ünvana eyni vaxtda basqın təşkil edilib.
Sözügedən əməliyyat çərçivəsində ümumilikdə 25 məşhur şəxs barəsində gözaltı (saxlanılma) qərarı verilib. Hazırda onlardan 14-ü saxlanılaraq istintaqa cəlb olunub.
Saxlanılan və barəsində gözaltı qərarı verilən əsas isimlər:
Mabel Matiz (Fatih Karaca) — Tanınmış müğənni (Gözaltına alınıb)
Feyza Civelek — "Kızılcık Şerbeti" (Nilay) serialının aktrisası (Gözaltına alınıb)
Onur Tuna — Məşhur aktyor (Gözaltına alınıb)
Volkan Bahçekapılı — Tanınmış iş adamı, Fatih Terimin kürəkəni (Gözaltına alınıb)
Serenay Sarıkaya — Dünyaca məşhur aktrisa. Onun haqqında da rəsmi gözaltı qərarı var, lakin əməliyyat zamanı yurd xaricində (xaricdə) olduğu üçün hələlik saxlanılması mümkün olmayıb.
Berkay Şahin, Tan Taşçı, Niran Ünsal, Mirgün Cabas və Blok3 (Hakan Aydın) kimi digər məşhur simalar barəsində də eyni iş üzrə gözaltı və axtarış qərarı çıxarılıb.
Bakırköy Cümhuriyyət Baş Prokurorluğundan verilən bəyanatda bildirilib ki, cəmiyyət sağlamlığını və təhlükəsizliyini təhdid edən narkotik maddələrlə mübarizə çərçivəsində, daxil olan ihbarlar və rəqəmsal materialların incələnməsi nəticəsində bu şəxslərin narkotik vasitələrdən istifadə etməsi, istifadəni asanlaşdırması və yer temin etməsi ilə bağlı əsaslı şübhələr yaranıb. Bu səbəbdən qanunvericiliyin tələblərinə uyğun olaraq axtarış, bioloji ekspertiza və ifadələrin alınması prosesinə başlanılıb.
Hazırda saxlanılan şəxslərin jandarmadakı dindirilmə və tibbi ekspertiza prosedurları davam edir. Onların məhkəməyə sövq edilərək həbs edilib-edilməyəcəyi (tutuklanma) barədə yekun qərarı hakim verəcək.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta