Azərbaycan Premyer Liqasında sonuncu – XXXIII tura bu gün bir oyunla start veriləcək.
Msport.az xəbər verir ki, turun ilk matçında “Qəbələ” “Şamaxı” ilə üz-üzə gələcək.
Qarşılaşma Qəbələ şəhər stadionunda, saat 18:30-da start götürəcək. Meydan sahibləri 24 xalla 11-ci, qonaqlar 38 xalla 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, tura mayın 24-də yekun vurulacaq.