AZ

"Ermənistanın AİB-dən çıxması məsələsi müzakirə edilə bilməz” - Mirzoyan

"Ermənistanın Avrasiya İqtisadi Birliyindən(AİB) çıxması məsələsi Ermənistanın özü belə bir tələb irəli sürməyincə və belə bir istəyi ifadə etməyincə müzakirə edilə bilməz”.

Missiya.Az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Ermənistanın AİB-dəki üzvlüyünün onun iştirakı olmadan dondurulması məsələsi də müzakirə edilə bilməz", - deyə siyasətçi vurğulayıb.

Qeyd edək ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bəyan edib ki, Ermənistanın AİB-dəki statusu 29 mayda Astanada keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının iclasında müzakirə olunacaq.

Daşqın HəsənovMissiya.Az

Seçilən
20
missiya.az

1Mənbələr