AZ

İcra başçısı kölgədə, vətəndaş günəşdə?- RƏSMİ CAVAB

Məsələ ilə bağlı mövqe almaq üçün Cəlilabad rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun nümayəndəsi Sadiq Şahbazov Ajans.az-a açıqlama verib. O bildirib ki, icra başçısı Rafiq Cəlilovun vətəndaşlarla görüşü zamanı sosial şəbəkələrdə səsləndirilən iradlar reallığı tam əks etdirmir. “Görüş Qamışlı kənd inzibati ərazi dairəsinin Gölkənd kəndində səhər saatlarında açıq havada keçirilib. Görüşün əvvəlində vətəndaşlar da ağac kölgəsində toplaşıblar. Lakin qəbulun müddəti uzandıqca, günəşin istiqaməti dəyişib və nəticədə bəzi vətəndaşlar günəş altında qalıb.” Qeyd olunub ki, bu hal yalnız vaxtın uzanması və günəşin yerinin dəyişməsi ilə bağlı yaranıb, başqa hər hansı xüsusi və ya qərəzli yanaşma mövcud deyil.

Seçilən
61
Ajans.az

1Mənbələr