AZ

PUA hücumlarına görə Rusiyanın bu şəhərində kütləvi tədbirlərləğv edildi

Rusiyanın Samara vilayətinin Sızran şəhərində pilotsuz uçuş aparatlarının hücumları səbəbindən həftənin sonunadək bütün kütləvi tədbirlər ləğv edilib.

Redaktor.az xəbər verir ki, bu barədə şəhər administrasiyası məlumat yayıb.

“Şəhərdə baş verən hadisələrlə əlaqədar cari həftənin sonunadək bütün əyləncə, kütləvi, idman və tamaşa tədbirlərinin ləğv edilməsi barədə qərar qəbul olunub”, – məlumatda bildirilib.

Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorışev mayın 21-i səhər saatlarında bildirib ki, pilotsuz uçuş aparatlarının şəhərə zərbələri nəticəsində iki nəfər həyatını itirib, yaralananlar da var.

Qubernator hücumun nəticələrinin görüntülərinin çəkilməsinin qadağan olduğunu xatırladaraq, dron qalıqlarına yaxınlaşmağın təhlükəli olduğunu vurğulayıb.

Bundan əlavə, Ukrayna dronlarının Belqorod vilayətinin Şebekino dairəsinə gecə hücumları nəticəsində üç nəfərin yaralandığı bildirilib.

Rusiya Müdafiə Nazirliyi isə açıqlayıb ki, hava hücumundan müdafiə sistemləri gecə ərzində Ukrayna Silahlı Qüvvələrinə məxsus 121 pilotsuz uçuş aparatını doqquz region və Xəzər dənizi üzərində məhv edib.

NURİYYƏ

Seçilən
31
redaktor.az

1Mənbələr