AZ

ABŞ Dövlət Departamenti Qəzzaya humanitar yardım fondunu araşdırır

ABŞ

ABŞ Dövlət Departamentinin daxili nəzarət orqanı fəaliyyətini dayandırmış Qəzzaya Humanitar Yardım Fondu (GHF) ilə bağlı araşdırma aparır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Financial Times" yoxlamanın gedişatından xəbərdar olan üç mənbəyə istinadən məlumat yayıb.

Mənbələrin verdiyi məlumata görə, istintaqın diqqət mərkəzində fondun ötən ilin iyun ayında Dövlət Departamentindən aldığı 30 milyon dollar məbləğində qrant dayanıb.

Araşdırmanı baş müfəttiş aparır. O, ayrılan maliyyələşmənin həcmini, büdcə vəsaitlərinin mənbələrini, eləcə də pulların məhz necə bölüşdürüldüyünü öyrənir. Bundan əlavə, bu vəsaitlər hesabına satın alınan humanitar yardım və xidmətlərin qiymətqoyma prosesi də yoxlanılır.

GHF-nin fəaliyyəti ilə tanış olan mənbələr qeyd edirlər ki, vəsaitlər ərzaq tədarükü və podratçıların xidmət haqlarının ödənilməsi üçün istifadə olunub. Bununla belə, ABŞ-dakı həmsöhbətlərdən biri fondun maliyyələşdirilməsi barədə məlumatların "həmişə qeyri-müəyyən olduğunu" bildirib.

Məryəm Quliyeva

Seçilən
13
xalqcebhesi.az

1Mənbələr