AZ

Vətəndaşları günəşin altında qoyan icra başçısı ilə bağlı açıqlama: “Görüşü günorta keçirmir”

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun Qamışlıgöl kənd sakinləri ilə görüşündən paylaşılan fotolar sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, görüş zamanı icra başçısının kölgədə, kənd sakinlərinin isə günəşin altında dayanmaları etiraz yaradıb, icra başçısı tənqid hədəfinə tuş gəlib.

 

Pravda.az məsələ ilə bağlı Cəlilabad RİH-nin mövqeyini öyrənməyə çalışıb.

 

Başçının köməkçisi Tahir Carçıyev deyib ki, tədbir saat 10:00-da keçirilib: “Cənab başçı tədbiri günorta vaxtı keçirmir ki, istidir. Axmaq adamdır, paylaşıb... Yazıb də. Başı çıxmayan adam bu şəkildə yazır...”

 

T.Carçıyev icra başçısı ilə görüşlərdə vətəndaşlar üçün əlverişli şərait yaradılıb-yaradılmaması barədə sualı isə cavabsız qoyaraq “Ümumi şöbəyə bu sualı verin, ətraflı cavablandıracaqlar” deyib.

 

Qeyd: 63 yaşlı Rafiq Cəlilov 2021-ci ildən Cəlilabadın icra başçısı vəzifəsindədir.

 

Aytəkin Qardaşova

Tarix: 21 May 2026, 11:33   
Seçilən
2
pravda.az

1Mənbələr