AZ

Yaşayış binasında PARTLAYIŞ – Ölən və yaralananlar var

Lobnyada yaşayış binasında qaz partlayışı baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Rusiyanın Lobnya şəhərində yerləşən yaşayış binasında güclü qaz partlayışı baş verib.

Hadisə nəticəsində iki nəfər həyatını itirib, üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Fövqəladə hadisə zamanı təhlükəsizlik məqsədilə 15 nəfər binadan təxliyə edilib.

Hadisə yerinə cəlb olunan xilasetmə qrupları tərəfindən zəruri tədbirlər görülüb.

Hazırda hadisənin başvermə səbəbləri və binaya dəymiş ziyanla bağlı araşdırmalar davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
32
interpress.az

1Mənbələr