AZ

NATO ölkəsi Ukraynada sınaqdan keçirilmiş dronlar sifariş edib

Amerikanın Redwire şirkəti adı açıqlanmayan NATO ölkəsinə pilotsuz hava sistemlərinin tədarükü üçün çoxillik müqavilə imzalayıb.

Herbiand.az bildirir ki, bu barədə "The Defense Post" qəzeti xəbər verib.

Qəzet qeyd edib ki, müttəfiq ölkələrin hərbi qüvvələri pilotsuz kəşfiyyat və müşahidə imkanlarını genişləndirməyə davam edirlər.

Səkkiz rəqəmli dəyərində olan müqavilə Penguin Mk3 pilotsuz hava vasitələrinin çatdırılmasını nəzərdə tutur.

“Penguin” sistem ailəsi artıq döyüş zonalarında, xüsusən də Ukraynada yerləşdirilib. 2022-ci ilin yazından bəri 250-dən çox sistem birbaşa Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
24
herbiand.az

1Mənbələr