AZ

Fələstinli nazir: Münaqişə nəticəsində yüz minlərlə mənzil tamamilə dağılıb və ya zərər görüb

BAKI, 21 may. TELEQRAF

Fələstində dağıntılardan sonra bərpa prosesinin əsas istiqamətlərindən biri mənzil təminatı və sosial infrastrukturun yenidən qurulmasıdır.

Teleqraf xəbər verir ki, bunu Fələstin Muxtariyyətinin yerli özünüidarəetmə naziri Sami Hicavi Bakıda keçirilən WUF13 çərçivəsində “Mənzil böhrandan sonrakı bərpa və yenidənqurmanın əsası kimi” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, münaqişə nəticəsində yüz minlərlə mənzil ya tamamilə dağılıb, ya da ciddi zərər görüb.

Sami Hicavi vurğulayıb ki, bərpa prosesi yalnız fiziki tikililərin yenidən qurulması deyil, həm də insanların sosial-iqtisadi sabitliyinin və təhlükəsiz yaşayış şəraitinin təmin olunmasıdır:

“Fələstində həyata keçirilən planlaşdırma mərhələli şəkildə aparılır və əsas məqsəd məcburi köçkünlərin mərhələli şəkildə təhlükəsiz evlərinə qayıtmasını təmin etməkdir”.

Seçilən
47
teleqraf.com

1Mənbələr