AZ

"İrəvan eyni anda iki toyda rəqs edə bilməz" - Qaluzin

"Ermənistanın eyni vaxtda AİB və Aİ-nin üzvü ola bilməz".

"Unikal" xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib. 

"Eyni vaxtda iki ittifaqda olmaq tərifinə görə mümkün deyil. Ermənistan eyni anda iki toyda rəqs edə bilməz", - o, ifadə edib. 

Qeyd edək ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin  Ermənistanı  Aİ-yə, yoxsa AİB-ə qoşulmaq barədə qərar verməyə çağırmışdı. 

Xatırladaq ki,  Avrasiya İqtisadi Birliyi — 29 may 2014-cü ildə Belarus, Qazaxıstan və Rusiya tərəfindən imzalanmış müqavilə ilə qurulan siyasi və iqtisadi təşkilatdır. 

Gülayə Mecid 

Seçilən
32
unikal.az

1Mənbələr