AZ

Mənzil hüququ digər hüquqların təməlidir -

“İnteqrasiyadan danışarkən torpaq siyasəti, ərazilərin yerləşməsi və düzgün şəhər planlaşdırılması lazımi şəkildə qurulmasa, mənzil problemi yalnız statistik göstəricilərdə həll olunmuş kimi görünür. Reallıqda isə bu yanaşma sosial ayrılıq, təcridolma və insanlar arasında əlaqələrin zəifləməsinə səbəb olur”.
Metbuat.az-ın məlumatına görə, bu fikirləri Uruqvayın mənzil tikintisi və ərazi planlaşdırılması naziri Tamara Paseyro Marin WUF13 çərçivəsində keçirilən "Mənzil Maliyyələşdirilməsi üçün Yeni Razılaşma" adlı tədbirdə çıxışı zamanı deyib. Tamara Paseyro Marin qeyd edib ki, mənzil siyasəti digər siyasətlərlə birlikdə sosial birliyi gücləndirərək bərabər imkanlar yaradır. Mənzil hüququ isə digər hüquqları mümkün edən əsas hüquqlardan biridir:“Uruqvay təcrübəsində məhəllələrin inkişafı proqramları zamanı yerli sakinlərin iştirakı ilə xüsusi komissiyalar formalaşdırılır. Bu qruplarda texniki mütəxəssislər, layihəni həyata keçirən tikinti şirkətlərinin nümayəndələri və icma üzvləri birgə təmsil olunur”.

Aynur Abdınova / Metbuat.az

Seçilən
46
metbuat.az

1Mənbələr