"Forum çox genişmiqyaslıdır və eyni vaxtda bir çox maraqlı proqramların keçirilməsi seçim etməyi çətinləşdirir.Biz də ən yaxşı sessiyaları seçməyə çalışırıq”.Bu fikirləri Mətbuat.az-a Yeni Dehlidə fəaliyyət göstərən Siyasət Araşdırmaları Mərkəzinin şəhərsalma üzrə tədqiqatçısı və yazıçısı Pushpa Pathak Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda(WUF13) deyib. Qonaq Bakının gözəlliyindən danışaraq şəhərin müxtəlif məkanlarını ziyarət etdiyini vurğulayıb:“Konfrans səbəbindən ölkəni çox gəzmək imkanım olmayıb. Amma Bakı çox gözəl şəhərdir. Şəhər mərkəzini, İçərişəhəri və Ağ Şəhəri görmüşəm”.O, həmçinin WUF13-ün miqyasına, təşkilatçılığına və Azərbaycan xalqının qonaqpərvərliyinə xüsusi diqqət çəkib:“Bu WUF çox böyükdür. Təşkilatçılıq və qonaqpərvərlik çox yüksək səviyyədədir. Yeməklər də çox yaxşıdır, baxmayaraq ki, vegetarian olduğum üçün seçim etmək mənim üçün bir qədər çətindir. Azərbaycan insanları çox qonaqpərvərdir”.Gülbəniz Hüseynli / Metbuat.az