AZ

"Bakı qonaqpərvərdir, vegetarian olsam da yeməklər dadlıdır"-

"Forum çox genişmiqyaslıdır və eyni vaxtda bir çox maraqlı proqramların keçirilməsi seçim etməyi çətinləşdirir.Biz də ən yaxşı sessiyaları seçməyə çalışırıq”.Bu fikirləri Mətbuat.az-a Yeni Dehlidə fəaliyyət göstərən Siyasət Araşdırmaları Mərkəzinin şəhərsalma üzrə tədqiqatçısı və yazıçısı Pushpa Pathak Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda(WUF13) deyib. Qonaq Bakının gözəlliyindən danışaraq şəhərin müxtəlif məkanlarını ziyarət etdiyini vurğulayıb:“Konfrans səbəbindən ölkəni çox gəzmək imkanım olmayıb. Amma Bakı çox gözəl şəhərdir. Şəhər mərkəzini, İçərişəhəri və Ağ Şəhəri görmüşəm”.O, həmçinin WUF13-ün miqyasına, təşkilatçılığına və Azərbaycan xalqının qonaqpərvərliyinə xüsusi diqqət çəkib:“Bu WUF çox böyükdür. Təşkilatçılıq və qonaqpərvərlik çox yüksək səviyyədədir. Yeməklər də çox yaxşıdır, baxmayaraq ki, vegetarian olduğum üçün seçim etmək mənim üçün bir qədər çətindir. Azərbaycan insanları çox qonaqpərvərdir”.

Gülbəniz Hüseynli / Metbuat.az

Seçilən
14
metbuat.az

1Mənbələr