“Azərenerji” ASC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may 2026-cı il tarixli 320s nömrəli Sərəncamı ilə təsdiq olunmuş “2026-cı il üçün doktorant hazırlığı üzrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlarına qəbulla bağlı aşağıdakı ixtisaslar üzrə qəbul keçiriləcəkdir:
3340.01 – Elektrotexniki sistemlər və komplekslər;
3341.01 – Elektrik stansiyaları (elektrik hissəsi) və elektroenergetik sistemlər;
3342.02 – İstilik elektrik stansiyaları (istilik hissəsi);
3344.01 – Yüksək gərginliklər texnikası.
“Fəlsəfə doktoru” proqramı üzrə doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:
• ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);
• kadrların şəxsi-qeydiyyat vərəqi;
• tərcümeyi-hal;
• iş yerindən xasiyyətnamə;
• 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
• iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
• çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
• ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikası vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə şəhadətnamə);
• xarici dil bilikləri üzrə beynəlxalq sertifikatı olanlara (IELTS, TOEFL, Cambridge English Qualifications, TestDaF, DELF, DALF, STANAG əgər varsa) və ya xarici dildən keçid balını toplayanlara Dövlət İmtahan Mərkəzi tərəfindən verilən təsdiqedici sənəd;
• şəxsiyyəti təsdiq edən sənədin surəti.
Qeyd – xarici dil (ingilis, alman və fransız dillərindən biri) fənnindən imtahan Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir. Xarici dil imtahanından keçid balını toplayan şəxslər fəlsəfə fənni üzrə imtahanda, fəlsəfə fənni üzrə “məqbul” qiymət alan şəxslər isə ixtisas fənni üzrə imtahanda iştirak etmək hüququ əldə edirlər.
Doktoranturaya sənəd qəbulu
https://portal.edu.az vasitəsilə 2026-cı il mayın 19-dan iyunun 8-i saat 18.00-dək həyata keçiriləcəkdir.
Əlaqə telefonu: 050-228-84-27,
Ülviyyə Nəsibova.
Ünvan: AZ-1122, Bakı, Zərdabi prospekti 94.