AZ

Rusiya Paşinyanla bağlı iddianı təkzib etdi

BAKI, 21 may. TELEQRAF

Rusiya Xarici İşlər Nazirliyi (XİN) ölkənin xüsusi xidmət orqanlarının əməkdaşlarının Baş nazir Nikol Paşinyanı devirmək üçün Ermənistana göndərildiyi barədə iddiaları təkzib edib.

Teleqraf xəbər verir ki. XİN “The Insider” nəşrinin bu barədə iddiasının həqiqəti əks etdirmədiyi bildirilib.

“Müəlliflərin “araşdırma” kimi təqdim etdikləri materialda yer alan arqumentlər açıq yalandır və planlaşdırılmış təxribat xarakteri daşıyır. Məqsəd Rusiya diplomatlarına psixoloji təzyiq göstərmək və seçkilər ərəfəsində Ermənistan cəmiyyətində qorxu mühiti yaratmaqdır”, - açıqlamada bildirilir.

Rusiyanın xarici siyasət qurumu həmçinin qeyd edir ki, materialda yer alan məlumatlar inandırıcı sübutlardan məhrumdur və faktiki səhvlər ehtiva edir:

“The Insider” səsləndirilən ittihamları təsdiqləyəcək heç bir inandırıcı fakt təqdim edə bilmir”.

XİN Rusiyanın Ermənistanın daxili işlərinə müdaxilə etməsi ilə bağlı ittihamları da təkzib edib.

“İrəvanda “Rusiya agentləri” ilə bağlı növbəti “sensasiya”nı Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq kampaniyasının növbəti epizodu kimi qiymətləndiririk”, - qurum əlavə edir.

Seçilən
83
teleqraf.com

1Mənbələr