AZ

Tanınmış jurnalist atasının dəfnində SAXLANILDI - FOTO

Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində jurnalist Mirgün Cabas haqqında saxlanma qərarı verildiyi bildirilib. Cabas bu xəbəri atasının dəfni üçün İzmirdə olduğu vaxt mediadan öyrəndiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, Bakırköy Respublika Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində ümumilikdə 25 nəfər haqqında saxlanma qərarı çıxarıldığı qeyd olunub. Həmin şəxslər arasında Mirgün Cabasın da olduğu bildirilib.

Mirgün Cabas sosial media hesabında paylaşdığı açıqlamada belə deyib:

“Bu səhər adımın bir istintaqda keçdiyini mediadan öyrəndim. Dünən atamı itirdim, atamın dəfni üçün İzmirdəyəm.”

O bildirib ki, vəkilləri artıq istintaq orqanları ilə əlaqə saxlayır və məlumat əldə etdikdən sonra lazımi addımları atacaq.

Hadisə Türkiyə mediasında və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi jurnalistin belə bir xəbəri atasının dəfni zamanı öyrənməsinə diqqət çəkib.

Musavat.com

Seçilən
45
1
musavat.com

2Mənbələr